QR CodeQR Code

Yuliya Timoşenko xalqı meydana çağırıb

4 Jan 2011 21:16

IslamTimes - Ukraynanın sabiq baş naziri, müxalifət lideri Yuliya Timoşenko xalqı yanvarın 22-də paytaxt Kiyevin Müstəqillik Meydanına ("Maydan Nezalejnosti") toplaşmağa çağırıb


APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, Y. Timoşenko Birlik Gününün (“Den Sobornosti”) qeyd olunacağı 22 yanvar tarixində Ukraynanın taleyinə biganə olmayan bütün vətəndaşları meydana səsləyib: “Bütün ölkəyə müraciət etmək istəyirəm. Hər kəsə xatırlatmaq istəyirəm ki, yanvarın 22-də tariximizin ən önəmli hadisələrindən və bayramlarından birini qeyd edirik. Bu, bizim birlik günümüzdür. Ona görə də bütün xoş məramlı insanları hər zaman toplaşdığımız yerə - Meydana gəlməyə və bayramı qeyd etməyə çağırıram”.
Xatırladaq ki, 1918-ci ilin yanvarında Ukrayna Xalq Respublikası elan olunub. Avstriya-Macarıstan İmperiyasına daxil olan Ukrayna torpaqlarında isə Qərbi-Ukrayna Xalq Respublikası yaradılıb. 1918-ci ilin dekabrında iki dövlətin liderləri birləşmə barədə müqavilə imzalayıblar. Bu müqavilə 1919-cu il yanvarın 22-də Kiyevin Sofiya meydanında elan edilib.


Story Code: 49184

News Link :
https://www.islamtimes.org/az/news/49184/yuliya-timoşenko-xalqı-meydana-çağırıb

Islam Times
  https://www.islamtimes.org