QR CodeQR Code

Qum tələbələrinin növbəti toplantısı

5 Jan 2011 01:05

IslamTimes - İİR-nın müqəddəs Qum şəhərində təhsil alan azərbaycanlı tələbələrin bir neçə gün öncə Höccətiyyə mədrəsəsində keçirdikləri orta məktəblərdə hicaba qoyulan qadağalara etiraz məclisindən sonra ötən gün İmam Xomeyni Ali Mədrəsəsində də həmin məclisin davamı olaraq tədbir keçirildi.


HaqqYolu-nun xüsusi müxbiri Pərviz Piriyev xəbər verir ki, məclis Quran oxunuşu ilə başladı, sonra Qum tələbələrindən olan Hacı Elçin yaranmış durumla bağlı çıxış etdi və bildirdi ki, hicab məsələsi İslamın qadınlar qarşısında qoyduğu vacib vəzifələrdən biridir (“Əhzab” surəsi, 59 və “Nur” surəsi, 31) və buna qarşı çıxmaq Allaha, bütün İslama qarşı çıxmaqdır. Sonda tələbələr adından Azərbaycan Respublikasının bəzi dövlət qurumlarına etiraz bəyanatı oxundu. Toplantı İmam Zamanın (ə) fərəc duasının oxunuşu ilə sona çatdı.


Story Code: 49200

News Link :
https://www.islamtimes.org/az/news/49200/qum-tələbələrinin-növbəti-toplantısı

Islam Times
  https://www.islamtimes.org