QR CodeQR Code

Vəkil Anar Qasımlı: `Mövsüm Səmədovla bu həftə ərzində görüşəcəm`

Faktxeber , 19 Oct 2015 13:46

İslamtimes - Azərbaycan İslam Partiyasının (AİP) həbsdə olan sədri Mövsüm Səmədovun vəkili Anar Qasımlı FaktXəbər-ə bildirib ki, müvəkkili ilə bu həftə ərzində Qobustan həbsxanasında görüşəcək. Vəkilin sözlərinə görə, Mövsüm Səmədovla bir müddət əvvəl görüşüb və o, həmişəki kimi informasiyasızlıqdan şikayətçidir.


Anar Qasımlı Mövsüm Səmədovun mənəvi durumunun qaydasında olduğunu deyib.

Vəkil Avropa Məhkəməsi ilə işlərin də hələ davam etdiyini söyləyib.

Qeyd edək ki, Mövsüm Səmədov 2011-ci il yanvar ayının 2-də partiyanın Baş Məclisində Azərbaycan hakimiyyətinin ünvanına tənqidi çıxışdan 5 gün sonra yanvar 7-də həbs edilib. Həmin dövrdə AİP lideri haqqında yanvarın 20-də həbs qətimkan tədbiri seçilib. Oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə Mövsüm Səmədov 12 il azadlıqdan məhrum edilib.


Story Code: 492201

News Link :
https://www.islamtimes.org/az/news/492201/vəkil-anar-qasımlı-mövsüm-səmədovla-bu-həftə-ərzində-görüşəcəm

Islam Times
  https://www.islamtimes.org