QR CodeQR Code

Avropa Birliyi İrana qarşı sanksiyaların ləğv edilməsilə bağlı qərar verdi

Deyerler , 19 Oct 2015 13:56

İslamtimes - Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali komissarı Federika Moqerini Avropa Birliyinin İrana qarşı bütün iqtisadi və maliyyə sanksiyaların ləğv edilməsi üçün hüquqi sənədin qəbul edildiyini deyib.


Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, Moqerini bu sənədin Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İranın nüvə tədbirləri gördüyünü təsdiq etməsilə eyni zamanda qüvvəyə minəcəyini bildirib.

Moqerini İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə birgə mətnə dair verdiyi yazılı açıqlamasında, bu günün İranın nüvə proqramı ilə bağlı 14 iyulda nail olunan nüvə müqaviləsinin həyata keçirilmə günü olduğunu bildirib. O, bu sənədin nüvə müqaviləsinin həyata keçməsinə bir addım daha yaxınlaşdıran mühüm bir dönüş nöqtəsi olduğunu qeyd edib: "İran, indi nüvə fəaliyyətlərilə bağlı öhdəliklərini tam və təsirli bir nəticə əldə etmək məqsədilə həyata keçirməyə başlayacaqdır".


Story Code: 492203

News Link :
https://www.islamtimes.org/az/news/492203/avropa-birliyi-irana-qarşı-sanksiyaların-ləğv-edilməsilə-bağlı-qərar-verdi

Islam Times
  https://www.islamtimes.org