QR CodeQR Code

Rəcəb Tayyib Ərdoğan Bakıya gələcək

5 Jan 2011 15:20

IslamTimes - Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın yeni ilin ilk 3 ayı ərzində Bakıya səfəri planlaşdırılır


APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Bakıdakı danışıqlar zamanı Türkiyə ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi nəzərdə tutulur.
Səfər çərçivəsində ötən il Azərbaycan prezidenti İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən İstanbulda imzalanan sazişlə yaradılan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının keçirilməsi planlaşdırılır.
Şuranın İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçiriləcək ilk iclasının gündəliyi hələ tam müəyyənləşməyib.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, bu məqsədlə yaxın vaxtlarda Ankarada ikitərəfli işçi qrupun iclasının keçirilməsi planlaşdırılır.


Story Code: 49271

News Link :
https://www.islamtimes.org/az/news/49271/rəcəb-tayyib-ərdoğan-bakıya-gələcək

Islam Times
  https://www.islamtimes.org