QR CodeQR Code

İranda amerikalı erməni casus tutuldu

5 Jan 2011 21:18

IslamTimes - Dişlərində casusluq etmək üçün mikrofon quraşdıran və vizasız halda Ermənistandan İrana daxil olmaq istəyən 55 yaşlı amerikalı qadın İranın təhlükəsizlik orqanları tərəfindən yaxalanıb.


“İslamTimes” “Nəsim” xəbər agentliyinə istinadən xəbər verir ki, Hal Talayan adlı amerikalı bu qadın dişlərində mikrofon quraşdırmış halda sərhəd xidmətinin təhlükəsizlik orqanları tərəfindən saxlanılıb.
Hal Talayan saxlanıldıqdan sonra İran İslam Respublikasından xahiş edib ki, onu Ermənistana təhvil verməsinlər. Casus bildirib ki, o Ermənistana təhvil veriləcəyi təqdirdə bu ölkənin təhlükəsizlik xidməti tərəfindən qətlə yetiriləcək.


Story Code: 49310

News Link :
https://www.islamtimes.org/az/news/49310/iranda-amerikalı-erməni-casus-tutuldu

Islam Times
  https://www.islamtimes.org