QR CodeQR Code

İraqdan ABŞ-ı qəzəbləndirəcək “Qərar”

Islamazeri , 27 Oct 2015 19:35

İslamtimes - İraq parlamenti Rusiyanın məhdud çərçivədə də olsa İraq torpaqlarında hava əməliyyatı keçirməsinə icazə verib.


İraq parlamenti ABŞ-ın “Ya biz, ya da Rusiya” təhdidlərini nəzərə alaraq, Rusiyaya təkcə Suriya sərhədi boyu əməliyyat keçirməyə icazə verib.

Bu razılaşma ilə Suriya və İraqda döyüşən İŞİD yaraqlıları arasında əlaqənin kəsilməsi və İraqdan dəstək gəlməsinin qarşısının alınması hədəflənir.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ İraq rəhbərliyini “Rusiyanın yardımını qəbul etsəniz, ABŞ yardımı bitər”, – deyərək təhdid etmişdi.


Story Code: 494070

News Link :
https://www.islamtimes.org/az/news/494070/iraqdan-abş-ı-qəzəbləndirəcək-qərar

Islam Times
  https://www.islamtimes.org