0
Thursday 6 January 2011 - 23:09

Amerikalı şəxs yoxsulluq üzündən həyat yoldaşını öldürüb, evə od vurduqdan sonra intihar etdi

Story Code : 49417
Amerikada acınacaqlı hadisə
Amerikada acınacaqlı hadisə
"IslamTimes"-ın Amerikadakı müxbirinin verdiyi xəbərə əsasən, yeni ilin ilk günlərində Kaliforniya ştatında acınacaqlı bir hadisə baş verib. Ştat sakini olan ailə yoxsulluq üzündən acınacaqlı ölümlə dünyadan vidalaşıb. 
Polis deyib: "Yoxsul təbəqədən olan bir kişi həyat yoldaşını öldürərək, bank tərəfindən müsadirə edilmiş evini yandırdıqdan sonra intihar edib."
Bundan əlavə yerli polis bildirib ki, onlara zəng vuran bir şəxs yoxsulluq üzündən həyat yoldaşını öldürərək evini yandıracağını söyləyib. Polis yanğınsöndürmə işçiləri ilə hadisə baş verən məntəqəyə yollandıqda alov şölələrinin evi ağuşuna aldığına şahid olublar. 
Qonşuların polisə verdiyi məlumata əsasən, qatilin həyat yoldaşı xərçəng xəstəliyinə tutulubmuş, amma o yoxsulluq üzündən həyat yoldaşını müalicə etdirə bilməyib.
Comment