QR CodeQR Code

İran ilk dəfə olaraq Suriyaya dair beynəlxalq danışıqlara dəvət alıb

28 Oct 2015 10:14

IslamTimes - Rəsmi Tehran Suriyadakı böhranın nizamlanmasına dair bu həftə keçiriləcək yeni çoxtərəfli görüşdə iştirak etmək üçün dəvət alıb.


Bu barədə “Associated Press” məlumat yayıb.
Agentliyin məlumatına görə, Suriya üzrə yeni beynəlxalq məsləhətləşməni oktyabrın 29-da Vyanada keçirmək planlaşdırılıb. İran dəvətə hələlik heç bir cavab verməyib. Görüşdə Rusiya, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İordaniya, BƏƏ-nin XİN rəhbərlərinin iştirak edəcəyi gözlənilir.
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Con Kirbi bir müddət sonra İranın görüşə dəvət almasını təsdiqləyib.
“Mən İranı bizim tərəfdaş adlandırmazdım, lakin o dəvət alıb”, deyə Kirbi bildirib. “Dəvəti qəbul edib-etməmək onların öz işləridir”, deyə o qeyd edib. /apa/


Story Code: 494188

News Link :
https://www.islamtimes.org/az/news/494188/iran-ilk-dəfə-olaraq-suriyaya-dair-beynəlxalq-danışıqlara-dəvət-alıb

Islam Times
  https://www.islamtimes.org