QR CodeQR Code

İraq höküməti: "ABŞ-ın quru əməliyyatlarına ehtiyacımız yoxdur"

Deyerler , 28 Oct 2015 22:44

Islamtimes - Rəsmi Bağdadın nümayəndələri qeyd ediblər ki, İraqın ABŞ-ın qurudan xüsusi əməliyyatlarına ehtiyacı yoxdur.


Deyerler.org-un "RIA Novosti"yə istinadən verdiyi xəbərə görə, bundan əvvəl Pentaqon rəhbəri Eşton Karter bəyan edib ki, ABŞ quru qoşunların İraqda əməliyyatlar keçirməsi istisna deyil. İraqın baş naziri Heydər əl-Əbadinin rəsmi nümayəndəsi Səad Haditi bəyan edib ki, İraqda istənilən hərbi aktivlik rəsmi Bağdad hökuməti ilə razılaşdırılmalıdır.

"Bu İraqın işidir. Hökümət ABŞ-dan bu cür əməliyyatlarda iştirak etməsini xahiş etməyib. Bizim özümüzün kifayət qədər quru qoşunumuz var", - deyə Səad Haditi bildirib.

Qeyd edək ki, hal-hazırda İraqda 3300 ABŞ hərbçisi var.


Story Code: 494342

News Link :
https://www.islamtimes.org/az/news/494342/iraq-höküməti-abş-ın-quru-əməliyyatlarına-ehtiyacımız-yoxdur

Islam Times
  https://www.islamtimes.org