QR CodeQR Code

Ağ Ev: “ABŞ Suriyada münaqişənin nizamlanmasında Rusiya və İranla əməkdaşlığa hazırdır”

Deyerler , 28 Oct 2015 23:01

İslamtimes - ABŞ Suriyada münaqişənin nizamlanmasında Rusiya və İranla əməkdaşlığa hazırdır.


APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Erik Şults bəyan edib.

“ABŞ Suriyada münaqişəyə son qoymaq üçün hər hansı ölkə ilə əməkdaşlığa hazırdır. O cümlədən Rusiya və İranla. Danışıqların uğurla başa çatmasında maraqlı olan bütün tərəflərin iştirakı vacibdir”, deyə E.Şults bildirib.

Qeyd edək ki, bundan əvvəl İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin oktyabrın 30-da Suriya üzrə danışıqlarda iştirak edəcəyi barədə məlumat yayılıb.


Story Code: 494346

News Link :
https://www.islamtimes.org/az/news/494346/ağ-ev-abş-suriyada-münaqişənin-nizamlanmasında-rusiya-və-iranla-əməkdaşlığa-hazırdır

Islam Times
  https://www.islamtimes.org