0
Wednesday 28 October 2015 - 23:28

Suriya MN: "Türkiyə Qətər və BƏƏ 500 İŞİD terrorçusunu Yəmənə göndәrib"

Story Code : 494348
Suriya MN: "Türkiyə Qətər və BƏƏ 500 İŞİD terrorçusunu Yəmənə göndәrib"
Deyerler.org-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, oktyabr ayının 26-ı Yəmənin Әdәn şəhərinin hava limanına Türkiyədən 4 təyyarə daxil olub. Təyyarənin ikisi Türkiyəyə, biri Birləşmiş Ərəb Əmirliklərində digər isə Qətərin aviaşirkətinə məxsus olub.

"Sözügedən təyyarənin göyərtəsində 500 İŞİD terrorçusu olub. Bu terrorçuları Rusiya qırıcılarının endirdiyi aviazərbələrdən xilas etmək üçün Suriyadan çıxarıblar. Yəməndə terrorçuları Səudiyyənin rəhbərliyi ilə yaradılan koalisiyanın zabitləri qarşılayıblar. Onlar Yəmənin müxtəlif şəhərlərinə göndəriliblər. İŞİD terrorçuları Ənsarullah Husilər hərəkatından ağır zərbələr görmüş koalisiya qoşunlarının tərkibində hərbi əməliyyatlarda iştirak edəcəklər. Biz də olan məlumata görə, Suriyadan terrorçuların çıxarılması davam edəcək", - deyə o, bildirib.
Source : Deyerler
Comment