QR CodeQR Code

Ayətullah Xameneidən cənab Sistaniyə məktub

7 Jan 2011 00:55

IslamTimes - İranın yeni XİN Əli Əkbər Salehi İraqda səfərdədir.


Əli Əkbər Salehi görüşləri çərçivəsində İraqın Nəcəf şəhərinə gələrək İraqın ən böyük nüfuzlu din xadimi Ayətullah Seyyid Sistaninin qəbulunda olub.
Qəbulu zamanı o, İran İslam İnqilabının Ali Dini Lideri Ayətullah Seyyid Xameneinin salamını və məktubunu Ayətullah Sistaniyə çatdırıb.
Məktubun məzmunu ilə bağlı heç bir məlumat verilmir.
Xəbərdə həmçinin bildirilir ki, Nəcəfə gəlməmişdən əvvəl Kərbəlada İmam Huseynin məzarını ziyarət etdikdən sonra Salehi İraqın digər nüfuzlu ruhanisi və mərcei təqlidi Ayətullah Məhəmməd Təqi Müdərrisi ilə görüşüb.
Səfəri zamanı onu İranın İraqdakı səfiri Həsən Kazimi Qumi müşaiyyət edib. /SizinYol/


Story Code: 49453

News Link :
https://www.islamtimes.org/az/news/49453/ayətullah-xameneidən-cənab-sistaniyə-məktub

Islam Times
  https://www.islamtimes.org