QR CodeQR Code

Ərdoğan: “Xəzərdən Suriyaya raketlərin atılması bizi narahat etdi”

30 Oct 2015 12:48

IslamTimes - “Xəzər dənizindən Suriyaya raket atılması bizi narahat etdi”.


Bunu APA-nın Türkiyə müxbirinin sualına cavabında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. R. T. Ərdoğan Türkiyə Cümhuriyyətinin qurulmasının 92-ci ili münasibətiylə Ankarada keçirdiyi qəbulda bildirib ki, bu məsələ ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə danışıb: “Bu məsələdən narahat olduğumuzu dedik. Bu axşam xarici işlər nazirləri Vyanada bir araya gəldilər. Orada toplantılar davam edir. Dar çərçivədə - Amerika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə müzakirələri keçirilir. Bundan əlavə, 13 ölkənin iştirak edəcəyi geniş tərkibli yığıncaq təşkil olunacaq”.


Story Code: 494576

News Link :
https://www.islamtimes.org/az/news/494576/ərdoğan-xəzərdən-suriyaya-raketlərin-atılması-bizi-narahat-etdi

Islam Times
  https://www.islamtimes.org