QR CodeQR Code

Suriya parlamentinin sədri İrana səfər edəcək

7 Jan 2011 09:47

IslamTimes - İran parlamentinin spikeri Əli Laricaninin dəvəti ilə Suriya Xalq Məclisinin sədri Mahmud əl-Əbrəş sabah bu ölkəyə rəsmi səfər edəcək.


Əl-Əbrəş yanvarın 7-də İrana dördgünlük rəsmi səfər edəcək. Suriya parlamentinin sədri və onu müşayiət edən nümayəndə heyətinin İrana səfərində məqsəd parlamentlərarası əlaqələrin inkişaf etdirilməsidir.
Səfər zamanı əl-Əbrəşin iranlı həmkarı Əli Laricani, Prezident Mahmud Əhmədinejad, İran Məhkəmə Sisteminin rəhbəri ayətullah Sadiq Laricani, müvəqqəti xarici işlər naziri Əli Əkbər Salehi ilə görüşəcəyi nəzərdə tutulub.
Suriya Xalq Məclisinin sədri əl-Əbrəş 2010-cu il yanvarın 5-də də İrana dördgünlük rəsmi səfər etmişdi. /Trend/


Story Code: 49461

News Link :
https://www.islamtimes.org/az/news/49461/suriya-parlamentinin-sədri-irana-səfər-edəcək

Islam Times
  https://www.islamtimes.org