QR CodeQR Code

Nursultan Nazarbayevdən rədd cavabı

7 Jan 2011 11:08

IslamTimes - Nursultan Nazarbayev səlahiyyət müddətinin 2020-ci ilə qədər uzadılması haqqında təklifi rədd edib


Qazaxıstan prezidenti Nursultan Nazarbayev səlahiyyət müddətinin 2020-ci ilə qədər uzadılması haqqında referendum keçirilməsinə dair ölkə parlamentinin təklifini rədd edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, N. Nazarbayev bu barədə müvafiq fərman imzalayıb. Lakin buna baxmayaraq, referendumun keçirilməsinə dəstək üçün imzatoplama kampaniyası yanvarın 10-na qədər davam edəcək.
Qeyd edək ki, yanvarın 6-da Qazaxıstan parlamentinin yuxarı palatası 2020-ci ilə qədər prezident seçkisinin keçirilməməsi barədə Konstitusiyaya əlavələr edilməsi təklifini dəstəkləyib. Daha əvvəl bu təşəbbüsə aşağı palata da dəstək verib. Yanvarın 5-nə qədər bu ideyaya dəstək üçün 2,5 milyon imza yığılıb. Mövcud qanunvericiliyə əsasən Qazaxıstanda növbəti prezident seçkisi 2012-ci ildə keçiriləcək.


Story Code: 49464

News Link :
https://www.islamtimes.org/az/news/49464/nursultan-nazarbayevdən-rədd-cavabı

Islam Times
  https://www.islamtimes.org