QR CodeQR Code

ABŞ-da keşiş qızı İslama üz tutdu

7 Jan 2011 12:12

IslamTimes - "Xristianlıqda üç üqnum mövzusu həmişə mənə mənasız görünürdü. Mən inanırdım ki, Allah birdir və Onun şəriki yoxdur... İslamda İsa da Məhəmməd (s) kimi peyğəmbər sayılır.”


"IslamTimes" "Islam.ru" saytına istinadən xəbər verir ki, bu xanım ABŞ-da protestant keşiş ailəsində dünyaya gəlib. Uşaq vaxtından kilsəyə gedib, Bibliya oxuyub. Amma suallarına xristianlıqda cavab tapmayan bu düşüncəli qız axtarışda olub və nəhayət İslamı qəbul edib. Müsəlman olduqdan sonra özünə İman adını götürüb.
İman deyir: “Mən Allahı sevir, ona inanır, Bibliya oxuyurdum. Amma xristianlıqda üç üqnum mövzusu həmişə mənə mənasız görünürdü. Mən inanırdım ki, Allah birdir və Onun şəriki yoxdur. Ətrafımda İslamla bağlı mübahisələr məndə bu dinə maraq oyatdı və araşdırmalara başladım. Xristianlıqda tapa bilmədiklərimi İslamda tapdım. İslam üç üqnum yox, tək Allaha etiqad dinidir. İslamda İsa da Məhəmməd (s) kimi peyğəmbər sayılır.”
İmana ən çox təsir edən məsciddəki atmosfer olub. O məsciddə kilsədə heç vaxt görmədiyi isti münasibətlə rastlaşıb. İman deyir: “Məscid ziyarəti mənim həyatımda ən sevincli anlardan oldu. Oradakılardan gördüyüm münasibət mənim üçün tamamilə yeni bir şey idi.”
Hazırda “YouTube”-də amerikalı bu xanımın video-çıxışı yerləşdirilib.


Story Code: 49466

News Link :
https://www.islamtimes.org/az/news/49466/abş-da-keşiş-qızı-islama-üz-tutdu

Islam Times
  https://www.islamtimes.org