0
Friday 7 January 2011 - 13:17

Ərdoğanın ərəb ölkələrinə səfəri

Story Code : 49468
Ərdoğanın ərəb ölkələrinə səfəri
Ərdoğanın ərəb ölkələrinə səfəri
Baş nazir Küveyt səfəri çərçivəsində bu ölkənin əmiri Şeyx Sabah Əl Əhməd Əl Cəbər Əl Sabah, parlament sədri Məhəmməd Abdulmöhsün Əl Xarafi və baş nazir Şeyx Nasir Əl Məhəmməd Əl Əhməd Əl Sabah ilə bir araya gələcək. Ərdoğan səfər çərçivəsində Türkiyə-Küveyt Biznes Forumu toplantısında iştirak edəcək, Şeyx Fahad Əl Əhməd Beynəlxalq Humanitar Cəmiyyəti tərəfindən verilən "üstün müsəlman şəxsiyyət" mükafatını alacaq. Qətər səfəri çərçivəsində isə Ərdoğan əmir Şeyx Həməd Bin Xəlifə Əl Tani və baş nazir Şeyx Həməd Bin Qasım Əl Tani ilə bir araya gələcək, biznes forumuna qatılacaq.
Comment