QR CodeQR Code

Ərdoğanın ərəb ölkələrinə səfəri

7 Jan 2011 13:17

IslamTimes - Baş nazir Rəcəb Tayyib Ərdoğan Küveytin baş naziri Şeyx Nasir Əl Məhəmməd Əl Əhməd Əl Şaban və Qətərin baş naziri Şeyx Həməd Bin Casin Bin Cabir Əl Taninin dəvətlisi olaraq 9-12 yanvar tarixləri arasında bu ölkələrə səfər edəcək.


Baş nazir Küveyt səfəri çərçivəsində bu ölkənin əmiri Şeyx Sabah Əl Əhməd Əl Cəbər Əl Sabah, parlament sədri Məhəmməd Abdulmöhsün Əl Xarafi və baş nazir Şeyx Nasir Əl Məhəmməd Əl Əhməd Əl Sabah ilə bir araya gələcək. Ərdoğan səfər çərçivəsində Türkiyə-Küveyt Biznes Forumu toplantısında iştirak edəcək, Şeyx Fahad Əl Əhməd Beynəlxalq Humanitar Cəmiyyəti tərəfindən verilən "üstün müsəlman şəxsiyyət" mükafatını alacaq. Qətər səfəri çərçivəsində isə Ərdoğan əmir Şeyx Həməd Bin Xəlifə Əl Tani və baş nazir Şeyx Həməd Bin Qasım Əl Tani ilə bir araya gələcək, biznes forumuna qatılacaq.


Story Code: 49468

News Link :
https://www.islamtimes.org/az/news/49468/ərdoğanın-ərəb-ölkələrinə-səfəri

Islam Times
  https://www.islamtimes.org