QR CodeQR Code

Kremldən bəyanat: "ABŞ MDB ərazisində bioloji silah laboratoriyaları yaradır"

Modern , 30 Oct 2015 23:16

Islamtimes - Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bəzi MDB ölkələrində hərbi məqsədlər üçün bioloji silah istehsalı laboratoriyalarının yaradıldığını deyib.


N.Patruşev bu barədə prezident Vladimir Putinin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında bildirib: “Hərbi məqsədlərlə bioloji silahların yaradılması növbəti təhlükə mənbəyinə çevrilib. Bunun həcmi onlarla milyard dollardır. Eyni vaxtda ABŞ-ın maliyyələşdirdiyi və idarə etdiyi laboratoriyaların sayı 20 dəfə artıb. Onların MDB ölkələrində yaratdıqları laboratoriyalar real təhlükə törədir. Ona görə problem realdır”.

Patruşev ABŞ-ın kimyəvi silahları Rusiya ilə birlikdə 2020-ci ilə qədər məhv edəcəyini desə də, sonradan bu müddəti 2028-ci ilə qədər təxirə saldıqlarını bəyan edib (Modern.az).


Story Code: 494687

News Link :
https://www.islamtimes.org/az/news/494687/kremldən-bəyanat-abş-mdb-ərazisində-bioloji-silah-laboratoriyaları-yaradır

Islam Times
  https://www.islamtimes.org