QR CodeQR Code

Fələstinli gənc yəhudi mühacirlər tərəfindən yaralandı

30 Oct 2015 23:31

IslamTimes - FİM-in verdiyi xəbərə görə, dünən axşam saatlarında əl-Xəlil şəhərində bir fələstinli gənc yəhudi mühacirlərin açdığı atəş nəticəsində yaralanıb.


Yəhudi mühacirlər əl-Xəlilin əş-Şühəda küçəsində fələstinlilərə aid evlərə hücum edib. Hücumlar zamanı yaralanan gəncin polis tərəfindən saxlanıldığı deyilir. Məscidlərin minarələrindən fələstinli gəncləri işğalçı qüvvələrə və yəhudi mühacirlərə qarşı mübarizəyə səsləyən çağırışlar edilib. Bundan başaqa, əl-Xəlilin mərkəzində Bab əz-Zaviyə adlanan yerdə fələstinlilərlə sionist qüvvələr arasında şiddətli qarşıdurmalar yaşandığı və işğalçı qüvvələrin fələstinlilərə qarşı əsil və rezin güllə, həmçinin gözyaşardıcı qazlardan istifadə etdiyi bildirilir. /İslamAzeri/


Story Code: 494690

News Link :
https://www.islamtimes.org/az/news/494690/fələstinli-gənc-yəhudi-mühacirlər-tərəfindən-yaralandı

Islam Times
  https://www.islamtimes.org