QR CodeQR Code

İŞİD-ə qoşulan almaniyalı repçi öldürüldü

30 Oct 2015 23:33

IslamTimes - İŞİD terrorçularına qoşulmaq üçün Almaniyadan Suriyaya gedən keçmiş repçi Denis Cuspertin hava hücumlarından birində öldüyü təsdiqlənib.


ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Elissa Smit Denis Cuspertin oktyabrın 16-da ABŞ-ın Suriyanın Rəqqa şəhəri yaxınlığında həyata keçirdiyi hava hücumu zamanı öldüyünü söyləyib. Oktyabrın 26-da ABŞ-da terror hadisələrini izləyən internet saytlarından birində Cuspertin öldüyünə dair iddialar yer almışdı. Sosial mediada da Cuspertin cəsədinə aid olduğu iddia edilən fotoşəkillər yerləşdirilmişdi. Almaniyanın paytaxtı Berlində doğulan Denis Cuspert 3 il əvvəl Misir vasitəsilə Suriyaya gedərək İŞİD-ə qatılıb. Cuspert İŞİD-in təbliğat videolarında tez-tez görünürdü. O, Almaniyada bir müddət “Deso Dogg” ləqəbi ilə tanınırdı. İŞİD-ə qoşulduqdan sonra isə adını Əbu Təlhə əl-Almani olaraq dəyişdirmişdi. Almaniyada Cuspert haqqında müharibə cinayəti işlətdiyi iddiasıyla istintaq başlanılmışdı. Almaniya gizli xidmətinin qeydlərinə görə, Denis 2010-ci ildə Berlindəki “Nur” məscidində bir qrupla əlaqə yaradıb və 2012-ci ildə İŞİD terrorçularına qoşulmaq üçün Suriyaya gedib.


Story Code: 494691

News Link :
https://www.islamtimes.org/az/news/494691/işid-ə-qoşulan-almaniyalı-repçi-öldürüldü

Islam Times
  https://www.islamtimes.org