QR CodeQR Code

Sionist XİN rəhbərinin əsəsbləri tarıma çəkildi

7 Jan 2011 14:02

Reporter :

Islamtimes - Liberman: “Türkiyənin boks torbası olmayacağıq”


Islamtimes.org/az - Mavi Mərmərənin İstanbula gəlişi əsnasında yüz mini aşan müsəlmanın birlikdə "Qəhr olsun İsrail" deyərək səslənməsi Libermanı özündən çıxardıb.

Sionist rejim xarici işlər naziri Avigdor Lieberman, Türkiyəni "İslam inqilabı ərəfəsindəki İran"a bənzədərək, Ankara hökumətini sionist rejim ilə olan əlaqələri pozmaqla günahlandırdı.

Jarusalem Postda nəşr olunan "Türkiyənin boks torbası olmayacağıq" başlıqlı yazısında, Türkiyə ilə əlaqələrin düzəlməsini tərəfdarı olduğunu ancaq Türkiyənin açıq sözlü və dürüst bir siyasət izləməsinin gərəkli olduğunu bildirib.

Mavi Mərmərə gəmisinə edilən hücumdan sonra Türkiyə ilə İsrail arasındakı əlaqələrin ciddi mənada yaralanmasından Türkiyəni günahkar bilən Lieberman "iki ölkə arasındakı əlaqələrin tamamilə tək tərəfli olaraq dəyişməsi, bizim hərəkətlərimizin bir əks olunması deyil, əksinə Türkiyənin iz siyasətinin bir nəticələridir" dedi.

"Çox təəssüf ki, Türkiyədə yaşanan son inkişaflar İrandakı Ayətullah Xumeyni rəhbərliyindəki İslam inqilabı əvvəli vəziyyəti xatırlatmaqdadır. Türkiyə kimi İran da İsrailin ən yaxın müttəfiqlərindən biriydi. İki ölkə və xalqları arasında yaxşı əlaqələr vardı. Necə ki İrandakı inqilab da İrandakı iç faktorların bir nəticəsi idi və İsrail ilə heç bir əlaqəsi yox idi." deyən Liberman Türkiyəni İslam inqilabına doğru gedən bir ölkə olaraq göstərməyə çalışdı.

Rəcəb Tayyib Ərdoğanın Türkiyədə İsrailə qarşı nifrət içinə girdiyini irəli sürən Lieberman, Mavi Mərmərə gəmisinin İstanbul Sarayburnunda yüz mini aşan müsəlman tərəfindən "Qəhr olsun İsrail" şüarlarıyla qarşılanmasına bu sözləriylə reaksiya verdi:

"Nifrət və qışqırtma, iyrənc bir tərtib olaraq terror gəmisi Mavi Mərmərənin İstanbula qayıdışını qarşılayan yüz min insan bir yerdə "İsrailə Ölüm Olsun" və digər cihadçı şüarlarını atmasıyla zirvəyə çıxdı. Türkiyəli idarəçilərdən heç birinin qalxıb bu çirkin səhnələri qınamamasına səbr etməmiz olduqca çətindir. Biz boks torbası olmayacağıq. Hər suveren ölkənin etdiyi kimi, bu cür alçaldıcı küfrlərə reaksiyamızı verəcəyik."


Story Code: 49476

News Link :
https://www.islamtimes.org/az/news/49476/sionist-xin-rəhbərinin-əsəsbləri-tarıma-çəkildi

Islam Times
  https://www.islamtimes.org