QR CodeQR Code

Misir İsrail rejiminə xəbərdarlıq etdi

7 Jan 2011 14:27

IslamTimes - Misir prezidenti Hüsnü Mübarək sionist İsrail rejiminin başçısı Netanyahu ilə görüşü zamanı ona xəbərdarlıq edib.


TRT-nin Misirin Nil televiziyasına istinadən verdiyi xəbərə görə, Hüsnü Mübarək və Netanyahu Şarm Əl Şeyx şəhərində keçirtdikləri görüşdə Fələstinlə sülh danışıqların bərpa edilməsi məsələsini müzakirə ediblər. Xəbərdə deyilir ki, Hüsnü Mübarək Netanyahuya Qəzzada yeni əməliyyatların başlanmaması barədə xəbərdarlıq edib. O bildirib ki, İsrail rejimi Qəzzaya qarşı təhdidlərə son verməsə, danışıqlar zamanı heç bir irəliləyiş əldə olunmayacaq. /SizinYol/


Story Code: 49478

News Link :
https://www.islamtimes.org/az/news/49478/misir-israil-rejiminə-xəbərdarlıq-etdi

Islam Times
  https://www.islamtimes.org