QR CodeQR Code

Obama yeni administrasiya rəhbəri təyin etdi

7 Jan 2011 14:39

IslamTimes - ABŞ prezidenti Barak Obama administrasiyasına yeni rəhbər təyin edib: bu, keçmiş ticarət naziri Uilyam Deylidir.


Bu barədə Amerika prezidentinin məbuat katibi Robert Qibbs məlumat verib, - “Lenta” xəbər verir.
Verilən məlumata görə, müvəqqəti olaraq ABŞ prezidentinin administrasiyasına rəhbərlik edən Pit Rauz Obamanın müşaviri təyin ediləcək. Obamanın Deylini administrasiya rəhbəri təyin etməsini analitiklər prezidentin ABŞ-ın biznes cəmiyyəti ilə münasibətlərini yaxşılaşdırması kimi dəyərləndirir. Xatırladaq ki, keçmiş prezident administrasiyasının rəhbəri Ram Emanuel 2010-cu il oktyabr ayında, Çikaqo merliyində mübarizə aparmaq üçün istefaya gedib. /Deyerler/


Story Code: 49480

News Link :
https://www.islamtimes.org/az/news/49480/obama-yeni-administrasiya-rəhbəri-təyin-etdi

Islam Times
  https://www.islamtimes.org