0
Saturday 8 January 2011 - 01:33

İran - 5+1 danışıqları 20 yanvar istanbulda keçiriləcək

Story Code : 49522
İran 5+1
İran 5+1
Bakı-APA. İranın nüvə proqramı ilə bağlı «altılıq»la aparılan danışıqların yeni raundu yanvarın 20-də İstanbul şəhərində başlanacaq. Bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton məlumat verib.
«Altılığa» BMT Təhlükəsizlik Şurasının 5 üzvü və Almaniya daxildirlər.
«Hazırda biz görüşün bu müddətdə keçirilməsinin imkanlarını nəzərdən keçiririk. İran tərəfi bu müddətə müsbət reaksiya verir», deyə Eşton bildirib.
Comment