QR CodeQR Code

O, mükafatını dünyada aldı

8 Jan 2011 02:01

IslamTimes - WikiLeaks kompromat saytının təsisçisi Culian Assanj ötən gün Şotlandiyanın Canongate nəşriyyat evi ilə 1 milyon funt sterlinq dəyərində müqavilə imzalayıb.


 Assanj bu kitabda öz bioqrafiyasını yazacaq. Kitab ABŞ-dan başqa bütün ölkələrdə yayılacaq.
Müqavilə cümə günü Londonda imzalanıb. Müqavilə qiyməti rəsmən açıqlanmasa da artıq ortada ciddi informasiyalar var. Assanj deyib ki, onun yazacağı bioqrafiyanın bəşəriyyətə yekdillik, birlik gətirəcəyinə ümid edir. ABŞ hələ də Assanjı həbsə almaq üçün bəhanələr axtarışındadır. Yada salaq ki, WikiLeaks saytında ABŞ-ın maraqlarına zidd kəşfiyyat materialları dərc edilib. /DPA-HaqqYolu/


Story Code: 49523

News Link :
https://www.islamtimes.org/az/news/49523/o-mükafatını-dünyada-aldı

Islam Times
  https://www.islamtimes.org