0
Saturday 8 January 2011 - 09:35

Düşmən müharibəyə "hazırlaşır"

Story Code : 49535
Düşmən müharibəyə "hazırlaşır"
Düşmən müharibəyə "hazırlaşır"
Milli.Az xəbər portalı bildirir ki, ATƏT-in Astanada keçirilmiş sammitində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının "Madrid prinsipləri"ilə bağlı konkret açıqlama verilməməsi və münaqişənin çözülmə prosesində irəliləyişlər olmadığını deyən erməni diasporu Azərbaycanın problemi hərbi yolla həll etməyə hazır olması ilə bağlı əndişəsini bir daha bəyan edib.
Ötən ilin noyabrın 25-də Rusiya, Fransa, ABŞ və Uruqvaydakı erməni diasporlarının koordinasiya mərkəzləri bununla bağlı bəyanat yaymışdılar. Xatırladaq ki, həmin ölkələrdəki nüfuzlu erməni iş adamları Dağlıq Qarabağ müharibəsinin veteranları və ehtiyatda olan hərbçilərin "ilkin səfərbərlik" planlarını hazırlamaq niyyətlərini açıqlamışdılar. "Preventiv səfərbərlik" adlanan həmin plana görə, Dağlıq Qarabağda hərbi əməliyyatların başlayacağı təqdirdə səfərbər ediləcək şəxslər hava nəqliyyatı ilə Dağlıq Qarabağa daşınmalıydılar.
Bununla bağlı olaraq "Erməni veteranları və ehtiyatda olanların İttifaqı" adlı təşkilat da yaradılmışdı.
Ermənilərin “səfərbərlik” vurhavuru
Hazırda həmin "layihə" çərçivəsində konkret işlərin aparıldığı vurğulanır. Belə ki, Dağlıq Qarabağda vuruşacaq ermənilər barədə informasiya bankı yaradılıb. Ora məlumatlar rus, ingilis və ispan dillərində toplanır. Erməni diaspor təşkilatları bildirirlər ki, "Preventiv səfərbərlik" proqramına dünyanın 38 ölkəsində yaşayan 200 minə yaxın erməni cəlb oluna bilər.
"Regnum" agentliyi Rusiyadakı iri erməni iş adamına istinadən bildirib ki, erməni diasporunun səfərbərlik ehtiyatının "informasiya-analitik özəyi" artıq hazırdır: "Bu özəyə dünyanın böyük dövlətlərinin xüsusi xidmət strukturlarında çalışan ermənilər arasında indiki və sabiq əməkdaşlar cəlb ediliblər. Onlar vahid informasiya bazasını təhlil edir, situasiyanın mümkün inkişaf ssenarini götür-qoy etməklə yanaşı, bizə qoşulmaq istəyən hər kəsi araşdırırlar. Düşmən və casusların aramıza soxulmasına yol verməməyə çalışırıq".
Erməni diaspor təşkilatlarının yaratmaqda olduğu "Erməni Diaspor Ordusu"nun maliyyə xərclərini bütünlüklə zəngin erməni iş adamları və müxtəlif ölkələrdəki erməni diaspor təşkilatlarının ödədikləri də bildirilir.
Bu barədə məlumatları "Hayastani Hanrapetutyun", "Lragir", Haykakan Jamanak" və "Sardarapat" yayıblar.
Comment