QR CodeQR Code

İŞİD beynəlxalq hava yolu şirkətlərini buna məcbur etdi

3 Nov 2015 08:53

IslamTimes - Rusiyaya məxsus sərnişin təyyarəsinin Misirin Sinay yarımadasında qəzaya uğramasından sonra beynəlxalq hava yolu şirkətləri uçuş marşrutlarını dəyişdirməyə başlayıb.


10 şirkət Sinay üzərindən uçmamaq barədə qərar qəbul edib.
Bunlar “Lufthansa”, “Emirates”, “Air France”, “Flydubai”, “Etihad Airways”, “Air Arabia”, Qətər Hava Yolları, “Jazeera Airways”, Bəhreyn Körfəz Hava Yolları və Səudiyyə Ərəbistanı Hava Yolları şirkətləridir.
Qeyd edək ki, “Koqalımavia” şirkətinə məxsus "Airbus 321" layneri oktyabrın 31-də Misirin Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburqa uçarkən Sinay yarımadasının şimalında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 217 sərnişin və 7 ekipaj üzvü olub. Onlardan heç biri sağ qalmayıb.
Beynəlxalq hava yolu şirkətlərinin uçuş marşrutlarını dəyişdirməsi barədə qərarlarının arxasında qəzanın səbəbləri arasında terror ehtimalının olmasıdır. Xatırladaq ki, qəzaya görə, məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb. /axar/


Story Code: 495350

News Link :
https://www.islamtimes.org/az/news/495350/işid-beynəlxalq-hava-yolu-şirkətlərini-buna-məcbur-etdi

Islam Times
  https://www.islamtimes.org