0
Thursday 5 November 2015 - 14:04

NATO Rusiyanı hədələdi

Story Code : 495834
NATO Rusiyanı hədələdi
Keçən ay başlayan və üç həftə sürəcək təlimlərdə 30 üzv və tərəfdaş ölkənin daxil olduğu NATO-nun 30 mindən çox əsgəri iştirak edir. Hərbi qüvvələr İtaliya, İspaniya və Portuqaliyada intensiv təlimlər keçirir.

“NATO qarşıdurma axtarmır, lakin biz bütün müttəfiqlərimizi müdafiə etmək üçün hazırıq”,-deyə o bildirib.

Çərşənbə günü vertolyotlar və tankların müşayiəti ilə yüzlərlə əsgər təlimlərin bir hissəsi olaraq İspaniyanın şimal-şərqində San Qreqario bazasında hərbi hücumun simulyasiyanda iştirak edib.

NATO bildirib ki, 12 üzv ölkənin hərbi qüvvələri girovların xilas edilməsi, sahələrin minalardan təmizlənməsi və quru qüvvələrin hücumları kimi hücum əməliyyatlarında iştirak edib. Alyasn bildirib ki, təlimlər zamanı ABŞ-ın 500 nəfərlik desant qrupu Şimali Karolina ştatında yerləşdiriyi Fort Braqq bazasından birbaşa uçaraq təlimlərə qatılıb.

Yens Stoltenberq bildirib ki, NATO Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ATƏT-ə bütün üzv ölkələr, habelə Rusiya da daxil olmaqla dünyanın başqa ölkələrindən müşahidəçiləri təlimlərə dəvət edib.

Oktyabrın 19-da başlayan NATO təlimləri noyabrın 6-a qədər davam edəcək. Təlimlərdə 230 hərbi birləşmə, 140-dan çox hərbi təyyarə və 60-dan hərbi gəmi iştirak edir. (amerikaninsesi.org)Yens Stoltenberq deyib ki, son on ildə alyansın keçirdiyi ən genişmiqyaslı hərbi təlimlər müttəfiq ölkələr və mümkün düşmənlərə aydın siqnaldır.

Keçən ay başlayan və üç həftə sürəcək təlimlərdə 30 üzv və tərəfdaş ölkənin daxil olduğu NATO-nun 30 mindən çox əsgəri iştirak edir. Hərbi qüvvələr İtaliya, İspaniya və Portuqaliyada intensiv təlimlər keçirir.

“NATO qarşıdurma axtarmır, lakin biz bütün müttəfiqlərimizi müdafiə etmək üçün hazırıq”,-deyə o bildirib.

Çərşənbə günü vertolyotlar və tankların müşayiəti ilə yüzlərlə əsgər təlimlərin bir hissəsi olaraq İspaniyanın şimal-şərqində San Qreqario bazasında hərbi hücumun simulyasiyanda iştirak edib.

NATO bildirib ki, 12 üzv ölkənin hərbi qüvvələri girovların xilas edilməsi, sahələrin minalardan təmizlənməsi və quru qüvvələrin hücumları kimi hücum əməliyyatlarında iştirak edib. Alyasn bildirib ki, təlimlər zamanı ABŞ-ın 500 nəfərlik desant qrupu Şimali Karolina ştatında yerləşdiriyi Fort Braqq bazasından birbaşa uçaraq təlimlərə qatılıb.

Yens Stoltenberq bildirib ki, NATO Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ATƏT-ə bütün üzv ölkələr, habelə Rusiya da daxil olmaqla dünyanın başqa ölkələrindən müşahidəçiləri təlimlərə dəvət edib.

Oktyabrın 19-da başlayan NATO təlimləri noyabrın 6-a qədər davam edəcək. Təlimlərdə 230 hərbi birləşmə, 140-dan çox hərbi təyyarə və 60-dan hərbi gəmi iştirak edir. (amerikaninsesi.org)
Source : Deyerler
Comment