0
Friday 6 November 2015 - 13:19

Liviyada yarım il ərzində 1539 dinc sakin ölüb

Story Code : 495987
Liviyada yarım il ərzində 1539 dinc sakin ölüb
Onun sözlərinə görə, dinc sakinlərin öldürülməsi faktlarının əksəriyyəti İŞİD və  ona yaxın qruplaşmalarla bağlıdır. “Hesabat dövründə ümumilikdə 634 ayrı-ayrı insident zamanı 1539 ölüm faktı qeydə alınıb. 2015-ci ildə ölənlərin sayı aybaay artıb. Dinc sakinlər arasında hər ay ölənlərin sayı 60 nəfərdən az olmayıb”, deyə F.Bensuda bildirib. BMT-də çıxış edən Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru bildirib ki, altı ay ərzində Liviyada 37 minalanmış avtomobil partladılıb. Partlayışların 26-sı  İŞİD qruplaşmasının terrorçu-kamikadzeləri tərəfindən törədilib. Bundan əlavə, qruplaşma tərəfindən kütləvi şəkildə insanların girov götürülməsi halları qeydə alınıb. Onların əksəriyyətinin müxtəlif səbəblərdən qətlə yetirildiyi bildirilir. /apa/
Comment