QR CodeQR Code

Kral 18 gün üçün "Mardan Palas" otelinə 18 milyon ödəyəcək

9 Nov 2015 22:54

IslamTimes - G20 sammiti üçün Türkiyəyə səfər edəcək olan Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdüləziz Səud Antalyadakı “Mardan Palace” otelini 18 günlük bağladıb.


Axar.az xəbər verir ki, kral otel rəhbərliyinə bu müddət üçün 18 milyon dollar ödəyəcək. Səudiyyə kralı 1000 nəfərlik heyətlə sammitdən bir neçə gün öncə gələcək və günlər sonra Türkiyədən gedəcək. Səudiyyənin təhlükəsizlik orqanları kralın səfərindən öncə oteldə xidmət edəcək şəxslərə təlimlər keçəcəklər. G20 sammiti 14-16 noyabrda baş tutacaq. Qeyd edək ki, əslən azərbaycanlı Telman İsmayılovun tikdirdiyi “Mardan Palace” bir neçə gün öncə “Halk Bank”a satılıb. 719 milyon lirəyə (təxminən 257 milyon dollar) satışa çıxarılan otel üçün bank 360 milyon lirə (129 milyon dollar) ödəyib. 1,4 milyard dollara başa gələn otel uzun müddətdir maliyyə problemləri yaşayır.


Story Code: 496699

News Link :
https://www.islamtimes.org/az/news/496699/kral-18-gün-üçün-mardan-palas-otelinə-milyon-ödəyəcək

Islam Times
  https://www.islamtimes.org