0
Saturday 8 January 2011 - 17:50

İsrail 800 türkü ölkədən qovdu

Story Code : 49675
Türkiyə - İsrail
Türkiyə - İsrail
Türklərin işçi vizalarının müddətinin artırılmamasına səbəb kimi isə İsrail və “Yılmazlar” konsernin nümayəndələri arasında olan anlaşılmazlıq göstərilib.
Firma işlərinin müqavilələrinin 2015-ci ilə qədər davam etməsinə baxmayaraq İsrail hökuməti ölkəni tərk edin xəbərdarlığını yazılı olaraq firmaya göndərməsi, firma və işçilərini çətin vəziyyətdə qoyub. Firma, vəziyyəti baş nazirliyə və hökumətə bildirib. Bu cür qərar qəbul edilə bilməz. İsrailin minlərlə firması Türkiyədə problemsiz fəaliyyət göstərməkdədir.
İki tərəf müqavilə müddətinin artırılması yolunda ortaq məxrəcə gələ bilməyiblər. “Yılmazlar”ın rəhbəri Ahmet Arik isə öz növbəsində konsernin İsraildə layihələrin həyata keçirilməsinə cəlb olunmayacaqları təqdirdə İsrail tərəfinə milyonlarla dollarlıq təzminat iddiası qaldıracaqlarını bildirib. Qeyd edək ki, “Yılmazlar” İsrail ərazisində fəaliyyət göstərən 3 ən böyük tikinti şirkətindən biridir. “Yılmazlar” İsraildə 20 ilə yaxındır ki, layihələr həyata keçirir. Hazırda Türkiyə şirkəti İsraildə 100 milyollarla dəyəri olan layihələri həyata keçirməklə məşğuldur. /SizinYol/
Comment