QR CodeQR Code

Gənc lider ABŞ-la mübarizəyə çağırır

9 Jan 2011 09:55

IslamTimes - İraq şiələrinin gənc lideri Müqtəda əs-Sədr tərəfdarlarını ABŞ-a qarşı istənilən vasitə ilə mübarizə aparmağa çağırıb.


APA-nın “Reuters”ə istinadən xəbərinə görə, Müqtəda əs-Sədr bildirib ki, ABŞ, İsrail və Böyük Britaniya iraqlıların ümumi düşmənidir və hamı işğalçılara qarşı mübarizə aparmalıdır.
Müqtəda əs-Sədr əlavə edib ki, mübarizə aparmaq mütləq güc yolundan istifadə etmək lazım deyil: “İraqlılar bir-birini də öldürməməlidirlər”.
Onun yaratdığı “Mehdi Ordusu” 2003-2008-ci illərdə ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinə qarşı aktiv silahlı müqavimət göstərib. Pentaqon 2006-cı ildə Müqtəda əs-Sədri İraqda stabillik üçün ən təhlükəli şəxslər sırasında göstərib. ABŞ onun tərəfdarlarını minlərlə sünni ərəbi öldürməkdə də günahlandırıb. /HaqqYolu/


Story Code: 49752

News Link :
https://www.islamtimes.org/az/news/49752/gənc-lider-abş-la-mübarizəyə-çağırır

Islam Times
  https://www.islamtimes.org