QR CodeQR Code

Sionist rejim qüvvələri daha bir fələstinli gənci şəhid etdi

Islamazeri , 14 Nov 2015 17:07

İslamtimes - Yaxın Şərqdə gərginlik davam edir


İslamazeri.az FİM-ə istinadən xəbər verir ki, dünən cümə namazından sonra yaşanan toqquşmalarda daha bir fələstinli gənc sionistlər tərəfindən şəhid edilib, 22 nəfər yaralanıb.

21 yaşlı fələstinli gənc Həsən Cihad əl-Xəlil şəhərinin Halhul körpüsü yaxınlığında işğalçı qüvvələrin açdığı atəş nəticəsində həyatını itirib. Güllə gəncin ürəyinə tuş gəlib.

Qüds Universitetinin tələbəsi olan Cihada həkimlər əllərindən gələn yardımı göstərsələr də, onu xilas etmək mümkün olmayıb.

Fələstin Səhiyyə Nazirliyi tərəfindən verilən açıqlamada, dünən Kalkiliya, Rəmallah, Beytlahim və əl-Xəlil şəhərlərində baş verən toqquşmalarda 22 fələstinlinin yaralandığı, onlarla insanın isə işğalçı rejim qüvvələri tərəfindən atılan qaz bombalarından təsirləndiyi bildirilib.


Story Code: 497802

News Link :
https://www.islamtimes.org/az/news/497802/sionist-rejim-qüvvələri-daha-bir-fələstinli-gənci-şəhid-etdi

Islam Times
  https://www.islamtimes.org