0
Saturday 14 November 2015 - 17:07

Sionist rejim qüvvələri daha bir fələstinli gənci şəhid etdi

Story Code : 497802
Sionist rejim qüvvələri daha bir fələstinli gənci şəhid etdi
İslamazeri.az FİM-ə istinadən xəbər verir ki, dünən cümə namazından sonra yaşanan toqquşmalarda daha bir fələstinli gənc sionistlər tərəfindən şəhid edilib, 22 nəfər yaralanıb.

21 yaşlı fələstinli gənc Həsən Cihad əl-Xəlil şəhərinin Halhul körpüsü yaxınlığında işğalçı qüvvələrin açdığı atəş nəticəsində həyatını itirib. Güllə gəncin ürəyinə tuş gəlib.

Qüds Universitetinin tələbəsi olan Cihada həkimlər əllərindən gələn yardımı göstərsələr də, onu xilas etmək mümkün olmayıb.

Fələstin Səhiyyə Nazirliyi tərəfindən verilən açıqlamada, dünən Kalkiliya, Rəmallah, Beytlahim və əl-Xəlil şəhərlərində baş verən toqquşmalarda 22 fələstinlinin yaralandığı, onlarla insanın isə işğalçı rejim qüvvələri tərəfindən atılan qaz bombalarından təsirləndiyi bildirilib.
Source : Islamazeri
Comment