0
Sunday 15 November 2015 - 16:49

Netanyahunun həbsinə qərar verildi

Story Code : 498015
Netanyahunun həbsinə qərar verildi
İspaniyalı hakim İsrail rejiminin baş nazirinin həbsinə order verib. Bu barədə məlumatı İsrail rejiminin “Yerusəlim Post” qəzeti İspan mənbələrə əsasən yazıb.

Məlumatda deyilir ki, 2010-cu ildə Azadlıq Flotu adını almış və Qəzzəyə humanitar məqsədlə gedən Türkiyə gəmisinə İsrail rejiminin hərbi qüvvələrinin hücumu nəticəsində baş vermiş insan təlafatına görə Benyamin Netanyahuya, sionist hökumətinin indiki və keçmiş yeddi üzvünə qarşı həbs sanksiyası verilib. Sanksiyaya əsasən həmin İsrail rəsmiləri İspaniya ərazisinə daxil olsalar həbs edilməlidirlər. Siyahıda aşağıdakı şəxslərin adları var:

İsrail rejiminin keçmiş xarici işlər naziri Aviqdor Liberman, indiki və keçmiş müdafiə nazirləri Moşa Yaalon və Ehud Barak, keçmiş daxili işlər naziri Eli İşay , kəşfiyyat və atom enerjisi üzrə keçmiş nazir Dan Meridor, portfelsiz nazir Beni Begin və hərbi dəniz qüvvələrinin keçmiş komandanı Eli Ezer. (azadliq.info)
Source : Azadliq
Comment