QR CodeQR Code

Brüsseldə Parisdəki terror aktı ilə əlaqəli 3 şəxs saxlanılıb

15 Nov 2015 23:58

IslamTimes - Belçika prokurorluğu Brüsselin miqrantlar yaşadığı rayonunda axtarışlar zamanı Parisdəki terror aktı ilə əlaqəli 3 şəxsin saxlanıldığını bildirib.


Bu barədə  RTBF telekanalı məlumat yayıb.
Hazırda saxlanılan şəxslər barədə həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır.   
Prokurorluq saxlanılan şəxslərin milliyyəti, vətəndaşlığı, terror aktlarının törədilməsində iştirakı və ya hadisə günü Parisdə olmaları barədə suallara cavab verməkdən imtina edib, həmçinin  axtarışlar zamanı partlayıcı qurğuların aşkarlanmasına dair məlumatı təsdiqləməyib.  
Bundan əvvəl Brüssel prokurorluğu Fransa hökumətinin 4 məhkəmə sorğusunu icra etdiyini və terror aktında 2 Belçika vətəndaşının ölməsi ilə əlaqədar araşdırmalara başladığını bildirib.  
Bundan əvvəl Belçikanın ədliyyə naziri Kun Gens hücuma məruz qalan “Bataklan” teatrının yaxınlığında  “Volkswagen Polo” markalı avtomobilinin aşkarlandığını və bu maşını  icarəyə götürən şəxsin Belçikada saxlanıldığını bildirib.  Daha bir Belçika qeydiyyat nişanlı “Seat” markalı avtomobil Parisdə “Per Laşez” qəbiristanlığının qarşısında aşkarlanıb. Bu avtomobili  icarəyə götürən şəxsin  də saxlanıldığı bildirilir. /apa/


Story Code: 498083

News Link :
https://www.islamtimes.org/az/news/498083/brüsseldə-parisdəki-terror-aktı-ilə-əlaqəli-3-şəxs-saxlanılıb

Islam Times
  https://www.islamtimes.org