0
Monday 10 January 2011 - 01:07

Amerikada ordu zabitləri 11 sentyabr həqiqətləri ardınca

Story Code : 49880
USA - 11 september
USA - 11 september
"İslamTimes"-ın Amerikadakı müxbirinin verdiyi məlumata əsasən, Amerikada ordu zabitləri "Truth 9/11" saytını işə salmaqla, "11 sentyabr" hadisəsinin həqiqətlərini araşdıran digər qruplara qoşulublar.
Onlar bu əqidədirlər ki, 11 sentyabr komitəsinin bu hadisə ilə bağlı açıqlaması kökündən yanlışdır. Ordu zabitləri saytlarında verdiyi bəyanatda deyir: "Zabitlər Amerika düşmənlərinə qarşı vuruşmağa and içdikləri kimi 11 sentyabr həqiqətlərinin üzə çıxmasında əlimizdən gələni əsirgəməyimizə and içirik.
Bu hadisə həqiqətlərini aşkarlamaq asan iş deyil və şəksiz ki, çox zaman aparacaq. Bizim saytın başlığı (devizi) 11 sentyabrı dəqiq anlamaq və onun təqsirkarlarını müəyyən edib ədalət məhkəməsinə verməkdir.
Biz bu addımımızla "Mühəndislər və memarlar 9/11 həqiqətləri axtarışında", "Pilotlar 9/11 həqiqətləri axtarışında", "Yanğınsöndürənlər 9/11 həqiqətləri axtarışında", "Professional həkimlər 9/11 həqiqətləri axtarışında", "Vəkillar 9/11 həqiqətləri axtarışında" və digər 11 sentyabr həqiqətləri ardınca olan milyonlarla insana qoşulmuşuq.
Comment