0
Monday 10 January 2011 - 03:30

Obama bilərəkdən Amerikanı məhvə doğru sürükləyir

Story Code : 49885
Sara Pelin - Barak Obama
Sara Pelin - Barak Obama

"İslamTimes"-ın "Fars" xəbər agentliyinə istinadən verdiyi xəbərə əsasən, Sara Pelin televiziya proqramlarından birində ABŞ prezidenti Barak Obamanı tənqid edərək deyib: "Obama bilərəkdən və planlaşdırılmış formada Amerikanı zəiflədərək, məhvə doğru aparır." 
Sara Pelin sözlərinin davamında deyib: "Mən Ağ Evin qəbul etdiyi qərarlara inanmıram. Mən belə qənaətə gəlmişəm ki, Obama yürütdüyü siyasətlərlə Amerikanı zəiflətmək niyyətindədir.
…O 2006-cı ilin mart ayında təkidlə vurğuladı ki, borcların çoxalması ABŞ-ı həm daxildə, həm də beynəlxalq müstəvidə zəiflədəcək."
Sabiq Alyaska qubernatoru Sara Pelin əlavə edib: “Borcların çoxalması Obamanın məğlub olmuş bir siyasətçiyə çevrildiyinə sübutdur. Obama hazırkı əməlləri ilə bu borcların daha da çoxalmasına xidmət edir. Nəzərə almalıyıq ki, Obama özü həmişə "borcların çoxalması Amerikanı zəiflədərək məhvə aparacaq" söyləyirdi. Amma indi o özü Amerikanı məhvə doğru sürükləyir."

Comment