0
Monday 10 January 2011 - 10:36

Klinton: "Amerika İrandakı müxalifləri dəstəkləyir"

Story Code : 49897
ABŞ - Hillari Klinton
ABŞ - Hillari Klinton
IslamTimes - ABŞ-ın dövlət katibi Hillari Klinton verdiyi bəyanatda Vaşinqtonun İrandakı qiyamçıları dəstəklədiyini bildirib.
"İslamTimes" "FarsNews"-a istinadən xəbər verir ki, ötən ilki prezident seçkilərindən bu günədək ABŞ rəsmiləri və mətbuatı İran daxilindəki etirazçıları dəstəkləyərək, onları ölkədə qeyri sabitlik yaratmağa təhrik edirlər.
Hillari Klinton ötən gün bu məsələ ilə bağlı deyib: “İranda dövlət müxalifləri bilsinlər ki, Amerika hər zaman onları himayə edir və onların arxasında dayanıb.”
Nəzərinizə çatdıraq ki, ötən il prezident seçkilərində bir qrup etirazçı paytaxtda bankların, yaşayış binalarının pəncərələrini sındıraraq, dövlət əleyhinə şüarlar səsləndirmişdilər. Amma bu hadisədən bir neçə gün sonra milyonlarla iranlı küçələrə axışaraq, dövlətdən tezliklə etirazçıları cəzalandırmağı tələb etmişdi. Xalq dövlətin etirazçıları cəzalandırmayacağı təqdirdə özlərinin küçələrə axışaraq etirazçıları susduracağını bəyan etmişdi. Elə bu hadisədən sonra ABŞ və digər Qərb ölkələri İrandakı dövlət əleyhinə olan etirazları dəstəkləmədən əl çəkmişdilər.
Comment