QR CodeQR Code

Gəncədə ilahiyyatçı Hacı Vüqar İsgəndərov həbs olundu

Islamazeri , 19 Nov 2015 13:51

İslamtimes - O polisdə bir az dindirildikdən sonra Nizami rayon məhkəməsinə göndərilib.


Gəncədən verilən məlumata görə, “Furqan” İB-nin sədri, ilahiyyatçı Hacı Vüqar İsgəndərov bu gün günorta saatlarında mülki geyimli polis əməkdaşları tərəfindən polis idarəsinə aparılıb. O polisdə bir az dindirildikdən sonra Nizami rayon məhkəməsinə göndərilib. Məhkəmə isə ilahiyyatçıya İnzibati Xətalar Məcəlləsinə əsasən 20 sutka həbs qərarı verib. Gəncə inanclıları bu həbsin Hacı Vüqarın ictimai fəaliyyəti və apardığı uğurlu maarifçilik addımları ilə əlaqələndiriblər. Qeyd edək ki, Gəncə hadisələrilə bağlı status paylaşmışdı.


Story Code: 499244

News Link :
https://www.islamtimes.org/az/news/499244/gəncədə-ilahiyyatçı-hacı-vüqar-isgəndərov-həbs-olundu

Islam Times
  https://www.islamtimes.org