QR CodeQR Code

Fransanın İŞİD qətnaməsi BMT-də qəbul olundu

Deyerler , 21 Nov 2015 14:08

İslamtimes - Fransanın İŞİD-lə mübarizənin gücləndirilməsi və əməliyyatlarda iştirak edən ölkələrin koordinasiyalı şəkildə hərəkət etməsini ehtiva edən qətnamə layihəsi BMT Təhlükəsizlik Şurasında yekdilliklə qəbul olunub.


Deyerler.org xəbər verir ki, qəbul edilən 2249 saylı qətnamədə İŞİD-in Tunis, Ankara, Beyrut və Parisdəki terror hücumları ilə yanaşı Rusiya təyyarəsinin partladılması sərt qınanaraq, İŞİD-in beynəlxalq sülh və təhlükəsizliyə təhlükə yaratdığı vurğulanıb.

Tunis, Türkiyə, Rusiya, Livan, Fransa başda olmaqla İŞİD terrorundan zərər görən bütün hökumətlərə və xalqlara başsağlığı verilən qərarda, imkanı olan üzv ölkələrdən Suriya və İraqda İŞİD-lə mübarizədəki səylərini iki dəfə artırmaları və koordinasiyalı hərəkət etmələri tələb olunur.

Qərarda mübarizədə iştirak edən üzv ölkələrdən İraq və Suriyada İŞİD-in sığınacaqlarını məhv etmələri, bütün BMT üzvlərindən də xarici terrorçuların regiona səfərləri və terror təşkilatına maliyyələşdirilməsinin qarşısının alınması tələb olunub.


Story Code: 499247

News Link :
https://www.islamtimes.org/az/news/499247/fransanın-işid-qətnaməsi-bmt-də-qəbul-olundu

Islam Times
  https://www.islamtimes.org