QR CodeQR Code

Qəzza sərhəddində qarşıdurma: 35 nəfər yaralandı

Deyerler , 21 Nov 2015 14:36

İslamtimes - Qəzza sərhədində sionist İsrail əsgərlərilə fələstinlilər arasında baş verən toqquşmalarda 35 nəfərin yaralandığı bildirilib.


Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi sözcüsü Əşrəf Əl-Kudra sərhəd zolağı boyunca bir çox nöqtədə sionist İsrail əsgərlərinin onlara daş atan Fələstinli qruplara həqiqi və plastik güllədən istifadə edərək cavab verdiyini deyib. O, qarşıdurma zamanı 35 fələstinlinin yaralandığını deyib.

Kudra, hadisələr zamanı aralarında jurnalistlərin də olduğu xeyli sayda fələstinlinin də göz yaşardıcı qazdan zəhərləndiyini qeyd edib.


Story Code: 499252

News Link :
https://www.islamtimes.org/az/news/499252/qəzza-sərhəddində-qarşıdurma-35-nəfər-yaralandı

Islam Times
  https://www.islamtimes.org