0
Saturday 21 November 2015 - 14:58

İsrail hərbçiləri "Əl-Xəlil Radiosu"nun binasına hücum ediblər.

Story Code : 499254
İsrail hərbçiləri "Əl-Xəlil Radiosu"nun binasına hücum ediblər.
Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, İsrail hərbçiləri "Əl-Xəlil Radiosu"ndan təhrikedici verilişlərin yayımlanması bəhanəsi ilə bu radionun yerləşdiyi binaya hücum edib, binada olan bütün təchizatlar və kompüterləri müsadirə ediblər. Həmçinin, bu radionun fəaliyyətini 6 ay müddətinə dayandırıblar.
Bu məlumata görə, Fələstin Jurnalistlər Birliyi sionistlərin bu hərəkətini qınayıb, media müəssisələri və hüquq təşkilatlarından İsrail rejiminin Fələstin medialarına qarşı bu hərəkətlərinin dayandırılması üzrə səy göstərmələrini istəyib.
Sionist rejim hərbçiləri həmçinin, "Əl-Xəlil Radiosu"nun müdiri Əmcəd Şavəri və radionun bir sıra əməkdaşını həbs ediblər.
Bundan öncə də İsrail rəsmiləri "Azadlıq Tribunası" radiosunun fəaliyyətini 6 ay müddətinə dayandırmışdılar.
Sionist rejimin işğal altında olan Qüds şəhəri ilə bağlı təcavüzkarlıq hərəkətləri və əl-Əqsa məscidinin zaman və məkan baxımından sionistlər ilə fələstinlilər arasında bölüşdürülməsi planı fələstinlilərin geniş etirazlarına səbəb olub.
Source : Irib
Comment