QR CodeQR Code

Ketrin Eşton İsrail rejimini ittiham etdi

10 Jan 2011 16:00

IslamTimes - Avropa İttifaqı İsrail rejiminin Qüdsdəki tarixi hoteli sökməsini qəti şəkildə pisləyir.


Avropa İttifaqının xarici siyasət üzrə komissarı Ketrin Eşton israillilərin Qüdsün şərqində olan qədim Şepherd Hotelinin sökülərək, yerində təzə tikililərin inşasını kəskin şəkildə mühakimə edib, - "Salamnyus" xəbər verir. Ketrin Eşton yada salır ki, İsrail rejiminin yeni yaşayış məntəqələri tikməsi qanunsuzdur və bu, beynəlxaq hüquq normaları çərçivəsinə sığmır. Həmçinin o əlavə edib ki, bu qanunsuz tikililər ölkələr arasında inamı azaldır və sülhə maneçilik yaradır. /Deyerler/


Story Code: 49944

News Link :
https://www.islamtimes.org/az/news/49944/ketrin-eşton-israil-rejimini-ittiham-etdi

Islam Times
  https://www.islamtimes.org