QR CodeQR Code

Türkiyə ilə Yəmən arasında viza rejimi ləğv olundu

11 Jan 2011 10:05

IslamTimes - Türkiyə ilə Yəmən respublikası arasında viza rejiminin ləğv edilməsi barədə razılıq əldə edilib. Belə bir razılaşma Türkiyə prezidenti Abdulla Gülün Yəmənə rəsmi səfəri çərçivəsində keçirilən görüşlərdə əldə edilib.


Viza rejiminin ləğv edilməsi barədə razılaşmadan savayı tərəflər səhiyyə, hərbi əməkdaşlıq və kənd təsərrüfatına dair da razılaşmalar əldə ediblər.
Qeyd edək ki, son il ərzində Türkiyə bir sıra ərəb ölkələri ilə viza rejimini ləğv edib. Belə ki, Liviya, Suriya, İraq ilə viza rejimi aradan qaldırılıb, Səudiyyə Ərəbistanı ilə isə sadələşdirilmiş viza rejiminə keçilib. /Deyerler-SalamNews/


Story Code: 50018

News Link :
https://www.islamtimes.org/az/news/50018/türkiyə-ilə-yəmən-arasında-viza-rejimi-ləğv-olundu

Islam Times
  https://www.islamtimes.org