QR CodeQR Code

Rusiya türk mallarının idxalını dayandırdı

Axar , 26 Nov 2015 00:54

İslamtimes - Rusiya gömrüyü Türkiyə istehsalı olan malların idxalını dayandırıb.


Axar.az xəbər verir ki, bunu Türkiyə İxracatçılar Qurumunun İdarə Heyətinin üzvü Adnan Dalğaqıran deyib. O bildirib ki, hazırda sərhəddə xeyli miqdarda türk malı saxlanılıb:

“Türkiyə istehsalı olan heç bir mal Rusiya sərhədindən buraxılmır. Hazırda 300 milyon dollar dəyərində olan texniki mallar ixrac edirik. Əvvəl 800 milyon dollara çatırdı. Son olaylardan sonra vəziyyətimiz daha da ağırlaşıb”.

İsmayıl Gülle adlı sahibkar isə bildirib ki, Rusiya-Türkiyə münasibətlərinin pozulması ən çox sənaye mallarının ixracatına mənfi təsir edəcək.


Story Code: 500429

News Link :
https://www.islamtimes.org/az/news/500429/rusiya-türk-mallarının-idxalını-dayandırdı

Islam Times
  https://www.islamtimes.org