0
Friday 27 November 2015 - 19:06

Naradaran hadisəsinin ardınca Gəncədə də həbslər həyata keçirilib

Story Code : 500827
Naradaran hadisəsinin ardınca Gəncədə də həbslər həyata keçirilib
Bildirilib ki, noyabrın 26-da Gəncə şəhər sakini Sabir Əliyev Nardaran qəsəbəsində baş vermiş hadisə ilə əlaqədar şəhərin Təbriz və Ə.Məmmədov küçələrinin kəsişməsində “Müsəlman biriliyi” hərəkatına dəstək məqsədi ilə çağırışlar etdiyi üçün Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşları tərəfindən tutulub.
İddia edilib ki, adıçəkilən şəxsin üzərində silah-sursat olub.
DİN-in yaydığı digər məlumata görə, noyabrın 26-da Gəncə şəhər sakini Ruzi İsmayılov “Nardaran” hadisələri ilə əlaqədar “Müsəlman Birliyi” hərəkatın üzvlərinə dəstək məqsədi ilə Şah Abbas məscidinin qarşısına gəlib.
İddia edilib ki, R.İsmayılov evinin qarşısında tutularkən üzərində olan qumbara ilə Gəncə ŞBPİ-nin əməkdaşı, polis mayoru Oqtay Orucovun baş nahiyəsindən xəsarət yetirərək qumbaranı partlatmağa cəhd göstərib./islamazeri/
Comment