0
Tuesday 11 January 2011 - 21:36

"Heç kəsi ləkələyib həbsə atmaq düzün deyil"

Story Code : 50112
"Heç kəsi ləkələyib həbsə atmaq düzün deyil"
"Heç kəsi ləkələyib həbsə atmaq düzün deyil"
2011-ci il sentyabrın 7-də saxlanaraq polisə tabe olmamaq ittihamı ilə inzibati həbsə məhkum olunan və haqqında cinayət işi başlanan Azərbaycan İslam Partiyasının sədri Mövsüm Mərdan oğlu Səmədovun yaxınlarından daha biri həbs olunmaq üzrədir. Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevin bu gün evində axtarış aparılıb və polis onun evindən 10 ədəd əl qumbarası, 40 ədəd güllə və 1 ədəd avtomat silahın patronunu aşkar edib. Həbs olunması bələkə də dəqiqə söhbəti olan Firdovsi Məmmədrzayevin, əslində hansı səbəbdən bu problemlə üzləşdiyi heç kimə qaranlıq deyil. AİP sədri Mövsüm Səmədova təzyiq etmək, sədri olduğu partiyanın fəaliyyətni iflic etmək məqsədilə onun yaxınları bir-birinin ardınca polis bölməsinə gətirilir. Mövzu ilə əlaqədar İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudovla əlaqə saxladıq və ondan məsələyə münasibətini öyrəndik. Elçin Behbudov da istənilən şəxsə təzyiq edilməsini pislədi və bunun dözülməz olduğunu bildirdi: “İlk öncə onu demək istəyirəm ki, Mövsüm bəyin ailə üzvləri və ya yaxınları bu işlə bağlı mənə müraciət etməyib. Əgər mənə bu mövzuda hər hansı bir müraciət olunsa, təbii ki, bir hüquq müdafiəçisi kimi əlimdən gələni əsirgəməyəcəm. Əlbəttə ki, istənilən şəxsə, o cümlədən Mövsüm Səmədova zor tətbiq etmək və təzyiq göstərmək qəbul edilməzdir. Heç bir insanı ləkələyib və şərləyib həbsə atdırmaq olmaz. Mən bu kimi halların qəti əleyhinəyəm və belə bir hallar baş verərsə biz onlarla mübarizə aparacağıq”.


Comment